Ermənistanda 2020-ci il sentyabrın 27-də – İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq ediləb hərbi vəziyyət rejimi ləğv edilib.
Məsələ ölkə parlamentinin martın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı layihəni 118 deputat dəstəkləyib.