GündəmManşetTəhsilXəbər xətti

Zəngəzur, Göyçə, Dərbənd kimi torpaqlarımızı da qaytarmalıyıq – Əsgərov

“Pavel Rayel adlı bir rus eksperti var, o, Vətən müharibəmizlə bağlı çox maraqlı, həqiqətin xeyrinə analizlər verdi. Çıxışında da bizi qalib elan etdi. O, deyirdi ki, “azərbaycanlılar yeni taktikadan istifadə etdi. Onlar əsgəri yox, tankı, topu nişan aldı və bunu erməni əsgəri görəndə texnikalarını qoyub qaçdılar”. Mənə elə gəlir ki, bu dünya tarixində yeni bir şeydir ki, sən əsgərləri öldürmürsən, amma əlindəki qılıncını alıb qırırsan. Buna görə mən düşünürəm ki, gec-tez sülh müqaviləsi bağlanmalıdır. Ermənistanın müharibəni uduzduğuna təkcə Paşinyan yox, erməni xalqı imza atmalıdır”.

Demokrat.az xəbər verir ki, bunu əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib. Ş.Əsgərov qeyd edib ki, biz öncə qəhrəmanlarımızı tanımalıyıq:

“Biz ilk öncə qəhrəmanlarımızı tanımalıyıq. Mən bu işin bayağı şəkildə təbliğatına razı deyiləm. 20 Yanvar faciəsində 146 nəfər həlak oldu. Onların neçəsinin adını bilirik? Gəlin ilk öncə qəhrəmanlarımızı tanıdaq və kitab yazaq. Biz Zəngəzur, Göyçə, Dərbənd kimi torpaqlarımızı da qaytarmalıyıq. Tarix kitabı bizim “Qurani-Kərim”dən sonra ikinci kitabımızdır, amma gərək həqiqəti yazaq”.(moderator.az)