Ramaldanov Sadıqovun Dubay istirahəti haqda: ”Qeyri-adi…”
Silahlı Qüvvələrimizin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülərdə qeyri-adi heç nə yoxdur.
Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülər haqda danışarkən deyib.
“General-polkovnik” rütbəsi daşıyan və uzun illər Baş Qərargaha rəhbərlik edən şəxsin hərbi sirləri özündə daşıdığını təsdiqləyən polkovnik bu statusda olan insanların ölkədən çıxışının nəzarətdən kənar olmadığını qeyd edib:
“Nəcməddin Sadıkov bu gün Dubaydadırsa, demək, ona ölkədən çıxmaq üçün icazə verilib. Buna görə də mən burada qeyri-adi nəsə bir şey görmürəm”.