Paşinyan onu Baş Qərargah rəisi təyin etdi
Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.
Bu barədə Baş nazir Nikol Paşinyan öz feysbuk hesabında məlumat verib.
“Artak Davtyan qanunla Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib”, – deyə Paşinyan qeyd edib.
Ermənistan Baş nazirinin ofisi Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın vəkilinin iddialarına baxmayaraq, martın 10-dan bu vəzifədən azad edildiyini bildirib. Ötən həftə isə Qasparyanın vəkili Artur Ovannisyan müvəkkilinin vəzifə səlahiyyətlərinə davam edə biləcəyini açıqlamışdı. O, İnzibati Məhkəmənin son qərarına əsasən bu nəticəyə gəldiyini bildirmişdi.