GündəmManşetSiyasətXəbər xətti

İlham Əliyev YAP-ın namizədi oldu

Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı işə başlayıb.

YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.

Növbədənkənar prezident seçkiləri ilə bağlı keçirilən qurultayda prezident İlham Əliyev yenidən partiyanın seçkilərdə vahid namizədi seçilib.