Ölkədə pilot layihələr iflasa uğrayıb – Fazil Mustafa
“Azərbaycanda sosial problem çox acınacaqlı vəziyyətdədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə çıxışında deyib.
O qeyd edib ki, bunun bariz nəticəsi ötən il baş verən boşanmaların statistikasında əks olunub: “Belə ki, ötən il 35 min nikah bağlanıb. Nikahlardan 14 600 –ü isə boşanma ilə nəticələnib. Bu da sosial vəziyyətin ağırlığının göstəricisidir”.
Onun sözlərinə görə, ölkədə pilot layihələr iflasa uğrayıb: “Bu da koronavirusun yaratdığı fəsadlardır. Əksər yerlərdə vətəndaş da, sahibkar da pis vəziyyətdədir”.