Sumqayıtda qatar avtobusla toqquşdu: Bələdçinin başı bədənindən ayrıldı
Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində olub.
Qəsəbənin girişindən keçən dəmiryolda yük qatarı ilə sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində orada çalışan bələdçi Mübariz Abdullayev faciəvi şəkildə ölüb.
Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.