Qarabağ qazisi özünü doğradı — VİDEO

Vətən müharibəsinin iştirakçısı Abdullayev Elvin İlqar oğlu işsizlikdən cana gələrək qollarını doğrayıb. 

Reportyor.info-nun verdiyi məlumata görə, Qarabağ veteranı çarəsizlikdən və laqeydlikdən bezərək intihara əl atıb. Onun sözlərinə görə, aliment ödəyə bilmir, övladının əməliyyatına pul tapmır, dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinə müraciət etsə də, işlə təmin edilməsinə köməklik göstərilməyib. E. Abdullayev deyir ki, anasını tək qoyaraq müharibəyə yollanıb, döyüşüb, yenə çağırsalar xidmətə hazırdır, amma qayıtdıqdan sonra ona yerli icra orqanı dəstək olmayıb. Qazi icra başçısı Novruz Novruzov və onun müavinlərinin təhqirlərindən təngə gələrək canına qəsd edib. Siyəzən rəhbərliyindən ona deyilib ki, səni müharibəyə biz göndərməmişik. O da bu haqsızlığa, yoxsulluğa dözməyərək qollarını kəsib. Amma dərhal xəstəxanaya aparılıb, təcili tibbi yardım göstərilib. Qarabağ qazisi işlə təmin olunması üçün Prezidentdən kömək istəyib.

 


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle
kıbrıs casino - beton365 -
grandbetting
- superbetin girişkıbrıs casino - beton365 -
grandbetting
- superbetin giriş