KriminalXəbər xətti

Hacıqabulda kişi arvadını baltaladı

Hacıqabul rayonunda kişi arvadını baltalayıb.

APA-nın məlumatına görə, rayonun Koroğlu küçəsi 14 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Adəm Hüseynqulu oğlu Qəmbərov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Xalidə Nurəddin qızı Qəmbərovaya balta ilə xəsarət yetirib.

X. Qəmbərova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.