Xalq artistləri karantin qaydalarını pozdular – VİDEO
Hadisə 8 Mart – Beynəlxalq Qadınlar Günündə baş verib. Belə ki, bir çox məşhurların iştirakı ilə restoranların birində əyləncəli konsert gecəsi baş tutub. Məşhur şou-biznes nümayənləri arasında Xalq artistləri, Brilliant Dadaşova, Aygün Kazımova, rəqqasə Rəna Ağamuradova (Renka), Samir Əliyev (Samiraldo) iştirak edib. Bununla yanaşı məşhur oftalmoloq Cahid Şahbazov da iştirakçılar arasında olub. 50 nəfərdən çox qonağın iştirakı ilə əyləncəli gecə təşkil edərək karantin qaydalarını pozan məşhurlar, sosial məsafə qaydalarına da əməl etməyiblər.
Qeyd edək ki, koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə sürətlə yayılmasına görə, 14 mart 2020-ci il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bütün əyləncəli və toy məclislərinin təşkili qadağan edilib.(yeniavaz.com)