Bazarda qiymətlər hər gün qalxır – Əli Məsimli
“Yanvarın 5-də benzinin qiyməti cəmi 10 qəpik artdı. Həmin gündən etibarən bazarda qiymətlər günü-gündən kiçik rəqəmlərlə hər gün qalxır. Növbəti dalğa kimi monopolistlər Novruz bayramını bəhanə edib qiyməti qaldırır”.
Bunu deputat Əli Məsimli parlamentdə çıxışında deyib.
O qeyd edib ki, dünyada bayramlar zamanı qiymətlər aşağı düşür: “Onlar bu zaman uduzmurlar, əksinə dövriyyədən qazanırlar. Artıq Azərbaycanda monopoliyaya son qoyub həmin üsula keçmək lazımdır. Həmin işbazları Novruz bayramında qiymət qaldırmasının qarşısını almağa çağırıram. Məhsul nə qədər bol olarsa, qiymətlər də iqtisadi cəhətdən aşağı olar”.