MədəniyyətXəbər xətti

Allahverdi Yolçuyev: “Müalicə olunmalıyam, imkanım yoxdur”

Aktyor Allahverdi Yolçuyev illərdir işsiz olduğunu deyib.

Sənətçi bu haqda ARB telekanalında yayımlanan “Tünzalənin əli ilə” proqramında deyib. O bildirib ki, teatrdan çıxmasına peşman olub:

“Dörd nəvə, beş övlad saxlayırdım. Teatrdan çıxıb, el şənliklərinə getdim. Amma peşmanam, teatrda qalmalıydım. Yaradıcı insan işsiz qalmamalıdır”.

Səhhətində problem olan aktyor müalicəyə gücü çatmadığını söyləyib:

“Müalicəm sənətimdir. İşim olsa, əl-ayağım əsməz. Bütün stressin səbəbi işsizlikdir. Hər həkim bir diaqnoz qoyub əllərimin əsməyinə. Əvvəl barmağım, sonra əlim, sonra isə qolum əsdi. Müalicəsi xaricdədir, getməyə maddi gücüm çatmır”.