Müəllim və texniki işçilərin vaksinasiyası başlandı
Bakı şəhəri üzrə təhsil işçilərinin koronavirusa qarşı vaksinasiyası aparılır.
50 yaşdan yuxarı olan təxminən 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək. Bunun üçün Bakıda 5 məktəb mərkəz kimi təşkil edilib.
Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. İlk olaraq tibb işçiləri, daha sonra isə risk qrupuna daxil olan digər şəxslər və yaşı 50-dən yuxarı olanlar cəlb olunub.