Mənə qarşı çirkin kampaniyanın başında duran Fərəc Quliyevin oğludur – Deputat
“Mənə qarşı sosial şəbəkələrdə aparılan çirkin kampaniyanın başında duran, deputat seçkilərində alternativim olmuş Fərəc Quliyevin oğlu Mətin Quluyevdir”.
Bu fikirləri deputat Etibar Əliyev deyib.
Deputat ona qarşı bir neçə gündür ki, təşkil edilən söyüş kampaniyasının seçkilər zamanı da aparıldığına diqqət çəkib: “Mətin Quliyev analoji piar kampaniyasını seçkilər vaxtı da aparırdı. Əlimdə kifayət qədər sübutlar var. Hüquq-mühafizə orqanlarına müraciət hazırlayıram. Mənim adımdan Facebook-da paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə şöyüləri yazılıb, özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb. Parlamentin, eyni zamanda onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib. Onu da qeyd edim ki, məni Facebook-da olmazın söyüşlərlə təhqir edən “Əbulfəz Babasoy” profili də Mətin Quliyev tərəfindən idarə olunur”.