Bu il Formula 1 TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
2021 Formula 1 Azərbaycan Qran Pirisində televiziya və radiolar akkreditasiyadan keçirilməyəcək.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarında bildirilib.
Qeyd olunub ki, buna səbəb koronavirus pandemiyasıdır. Yalnız İdman TV-nin Formula 1 ilə uzunmüddətli müqaviləsi olduğuna görə yayım hüququ olacaq.
Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçiriləcək.