Xəbər xətti

Deputat Şahin Seyidzadə Novxanı sakinləri ilə fərdi qəbul keçirib

50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat Şahin Seyidzadə 24 fevral tarixində Abşeron rayonu Novxanı kənd sakinləri ilə fərdi qaydada səyyar vətəndaş qəbulu keçirib.

Bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşan deputat, 9 vətəndaşın iştirak etdiyi səyyar qəbulda Novxanı kənd S. Əsgərova küçəsinin sakinləri tərəfindən qaz və su təminatı, həmçinin digər sakinlər tərəfindən sosial təminat, hüquq, sağlamlıq və məşğulluq kimi sahələrlə bağlı müraciətlərin səsləndirdiyini qeyd edib.