Gürcüstanın İlk Konstitusiyasının və Sovet İşğalının 100-cü ildönümü qeyd olunur
2021-ci ilin fevralın 21-də, Gürcüstanın ilk Konstitusiyasının qəbul edilməsinin 100 ili tamam olur.
Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Aktor.Az-a verilən məlumata görə, 26 May 1918-ci ildə Gürcüstan Milli Şurası Gürcüstanın Müstəqillik Aktını qəbul etdi və 21 fevral 1921-ci il tarixində Gürcüstanın təsis yığıncağı, Gürcüstan Silahlı Qüvvələrinin Tbilisinin yaxınlığında rus ordusu ilə döyüşdüyü bir dövrdə, Gürcüstanın ilk müasir konstitusiyasını təsdiqləməyə qərar verdi.
Müstəqil Gürcüstan Konstitusiyasının hazırlanması üç il davam etdi və ölkənin əsas qanunu ən yaxşı sintezi əldə etmək üçün “Fransız parlament demokratiyası” və “İsveçrə birbaşa demokratiyası” prinsiplərinin birləşdirildiyi demokratik bir Respublikanın qarışıq modelinə əsaslandı. Ölkənin əsas qanununa görə demokratik bir respublika siyasi bir qurum olaraq təyin edilir. Konstitusiya qadınların, dini və etnik azlıqların hüquqlarını təmin etdi və edam cəzasını ləğv etdi. 1921-ci il Konstitusiyası demokratik dəyərlər və prinsiplər, Gürcüstanda demokratik təsisatların yaradılması və möhkəmləndirilməsinə yönəlmişdi.
Təəssüf ki, Bolşevik Rusiyasının hərbi hücumu və Gürcüstanın işğalı nəticəsində ölkənin ilk konstitusiyası cəmi dörd gün qüvvədə qaldı.
25 fevralda həmçinin Sovet Rusiyası tərəfindən Gürcüstanın işğalının 100 ili tamam olur. Gürcüstan Parlamentinin 2010-cu il 21 iyul tarixli “Gürcüstanın Sovet işğalı haqqında” qərarına uyğun olaraq, 25 fevral tarixində, ənənəvi olaraq, ölkənin hökumət strukturlarının və Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərinin binalarında mərkəzləşdirilmiş şəkildə Gürcüstanın dövlət bayraqları endirilir.
Qeyd etmək lazımdır ki, Bolşevik Rusiyası və keçmiş SSRİ-nin varisi olan Rusiya Federasiyası, 21-ci əsrdə, 2008-ci ilin avqustunda baş verən hərbi təcavüz nəticəsində, suveren dövlətin – Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrinin işğal və ilhaqını, beynəlxalq hüquq normalarını və insan hüquqlarını yenə də kobud şəkildə pozmağa davam etməkdədir.
26 May 2006-cı ildə Bolşevik Rusiyası tərəfindən Müstəqil Gürcüstanın işğal-ilhaq (1921-ci ilin fevral-mart ayları) və işğal əleyhinə, milli-azadlıq hərəkatı (1921-1990) tarixini əks etdirən mühüm sənədlər və fotoşəkillərin saxlanıldığı “Sovet İşğal Muzeyi” yaradıldı.
“Sovet işğalı muzeyi” -nə virtual bir tur təqdim edirik:
https://my.matterport.com/show/?m=LGdtGKxmPu7