“Daşnaksütun” Paşinyanı devirmək istəyir – Elxan Şahinoğlunun şərhi
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı devirmək üçün növbəti mitinqini sabaha, yəni fevralın 20-ə təyin edib. Yenə “böyük hədəflərdən” danışırlar. Müxalifət Nikol Paşinyanı müharibədə məğlubiyyətin elanından, yəni 10 noyabrdan sonra devirə bilmədisə, 3 ay sonra bunu necə bacaracaq? Özü də mitinqin aparıcı qüvvəsi kimi Daşnaksütun partiyası çıxış edir. O partiya ki, heç parlamentdə təmsil olunmayıb və ermənilər arasında nüfuzu yoxdur.
Bu arada, beynəlxalq aləmdə məşhur olan “Gullup International Аssociation” mərkəzinin İrəvan ofsinin Ermənistanda keçirdiyi soğrunun nəticələri diqqəti cəlb edir. Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, sorğuya qatılanların 30 faizi erkən parlament seçkisində yenə də Paşinyanın “Mənim addımım” partiyasına səs verməyə hazır olduğunu bildirib. 30 faiz əhalisi azalan Ermənistan üçün kiçik rəqəm deyil. Müqayisə üçün deyək ki, sorğu nəticəsinə görə digər patiyalar “Mədim addımım”dan sonra gəlir. “Hansı siyasətçiyə üstünlük verirsiniz” sualına cavabda da ilk sırada Nikol Paşinyan gəlir.
Soğrunun “müharibədə məğlubiyyətə görə kim məsuliyyət daşıyır” sualına cavabın nəticələri də maraqldır. Sorğuya qatılanların 32 faizi məğlubiyyətə görə keçmiş hakimiyyətlərin, yəni Robert Köçəryanın və Serj Sərkisyanın məsuliyyət daşığıdını vurğulayıblar, yalnız 28 faiz Paşinyanın günahlar olduğunu söyləyib. Yəni ermənilərin əksəriyyəti məğlubiyyətə görə hazırki hakimiyyəti günahkar saymır. Bu aylardır Paşinyanın apardığı təbliğatın müsbət nəticəsidir. Elə bizim özümüz də deyirik ki, Azərbaycan ordusu Köçəryan-Sərkisyan ordusu üzərində qələbə çalıb. Paşinyan iki ildən bir az çoxdur hakimiyyətdədir, bu qısa zaman kəsiyində ordunu gücləndirmək imkanına malik deyildi.
Buna baxmayaraq, ermənilərin sorğunun digər sualına verdiyi cavab onların “nağıla” inandığını da göstərir. Soğruya qatılanların təxminən 31 faizə yaxını hesab edir ki, Ermənistan Şuşanı, Hadrutu və digər 7 rayonu geri qaytarmağa çalışmalıdır (?!). Cəmi 3.1 faiz reallıqdan çıxış edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasıyla münaqişəyə son qoyulması gərəkliyini bildirib.
Eybi yoxdur, zaman keçdikcə bu nisbət də artar. Əsas odur ki, Şuşa və Hadrutu “geri qaytarmağı” gərəkli bilən 31 faiz də anlayır ki, Dağlıq Qarabağda ətrafları azərbaycanlılarla məskunlaşacaq bölgə bundan sonra reallığı qəbul etmək məcburiyyətində qalacaq.
Elxan Şahinoğlu