ManşetXəbər xətti

AMEA-da siyasi partiyalarla bağlı yeni şöbə yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) siyasi partiyalarla bağlı yeni şöbə yaradılır.

Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi Tarix İnstitutunda fəaliyyətə başlayacaq.

Artıq yeni şöbənin yaradılması və fəaliyyət istiqaməti İnstitutun Elmi Şurasının iclasının gündəliyinə salınıb və iclasda müzakirələrdən sonra təsdiqlənib.

Şöbənin yaradılması müasir Azərbaycanda siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və dövlətin müvafiq orqanlarına tövsiyələr verməsi məqsədi daşıyır.

Həmçinin həmin şöbəyə müdir vəzifəsinə isə Qafqaz tarixi şöbəsinin rəhbəri, tarix elmləri doktoru İradə Bağırovanın namizədliyi irəli sürülüb. İ.Bağırova 1979-cu ildən institutda çalışır. O, 1998-2002-ci illlərdə “Space” telekanalında ictimai-siyasi və informasiya üzrə direktor müavini vəzifəsində işləyib.(report.az)