Bu il Həcc ziyarəti olacaq? – QMİ-dən açıqlama
Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələki bir məlumat verilməyib.Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalıdır, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:
“Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür. Hətta martın axırı, aprelin əvvəlinə qədər razılıq verilsə, Həcc ziyarəti baş tuta bilər, lakin aprelin axırı gəlsə, vaxt baxımından zyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq”.