Bakıda Qarabağ əlili döyülərək öldürüldü
Binəqədi rayonunda 44 yaşlı kişi döyülərək öldürülüb.“Ölkə.Az”-a Binəqədi rayon prokurorluğundan verilən məlumatına görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Mübariz Şamil oğlu Əhmədov Rəşid İsmayılov küçəsində naməlum şəraitdə döyülüb. O, baş və boyun nahiyələrindən aldığı xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Ancaq xəsarətləri ağır olduğundan M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.
Hazırda Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları M. əhmədovun kim tərəfindən döyülərək öldürlməsini araşdırır. Polisin verdiyi məlumata görə, M.Əhmədov Qarabağ müharibəsi əlilidir. Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.