Azərbaycanda 9 gün istirahət olacaq
Bu il Novruz bayramı ilə əlaqədar ölkə ərazisində 9 gün qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, bu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri kimi müəyyən edilib.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin ““İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərarına əsasən, həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə iş və istirahət günlərinin tarixləri dəyişdirilir.
Bu il də martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən martın 25 və 26-ı da qeyri-iş günü olacaq. Martın 27 və 28-i isə həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq, 9 gün, yəni 20-28 mart qeyri-iş günü olacaq.