DiasporManşetVideo xəbərXəbər xətti

Gürcüstanda azyaşlının nişanının səbəbləri məlum oldu – VİDEO

Fevralın 8-də iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan foto və video görüntülər cəmiyyəti həqiqətən də şoka salıb. Xəbərdə, 11 yaşlı qızcığazın 15 yaşlı dayısı oğluna nişanlandığı bildirilir. Düzdür, hadisə Azərbaycanda deyil, Gürcüstanda qeydə alınıb. Amma “nişanı” olan uşaqlar… azərbaycanlılardır.

Bu “nişana” yalnız körpələrin qohumlarının sevindiyini desək, yanılmarıq. Xəbəri oxuyan, foto və video görqüntüləri görən hər kəs isə öz mənfi münasibətini bildirib. Bu, erkən nikahla bağlı çoxsaylı faktlardan biridir. Etiraf edək ki, ictimailəşdirilməyən, diqqətdən kənarda qalan xeyli belə fakt var. Gürcüstanda qeydə alınmış bu faktı ciddiyə almamaq, yan keçmək və laqeyd qalmaq mümkündürmü?

AXC TV-nin “Azad meydan” verilişində Gürcüstanın gənc siyasi fəalları ilə bu məsələ müzakirə olunub.Suallara Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının Marneuli qərargahının rəhbəri Aqil Mustafayev və Avropalı Gürcüstan Partiyasının Marneuli üzrə rəhbəri Əhməd İmamquliyev aydınlıq gətirib.