MediaXəbər xətti

“Space” TV-yə yeni rəhbər təyin olunub

“Space” televiziyasına yeni rəhbər təyin olunub.“Report” xəbər verir ki, televiziyaya rəhbər vəzifəsinə Kamil Şahverdiyev təyinat alıb.

K.Şahverdiyev Rəşid Behbudovun kürəkənidir. O, bundan əvvəl Rəşid Behbudov Fondunun direktoru və televiziyanın baş prodüseri olub.

Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev “Space” televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb.