Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir İsmayılov Camal Vidadi oğlunun yeni dünyaya gəlmiş 3-cü övladı doğum evindən çıxarılır.Trend-in məlumatına görə, şəhidin övladının xətəxanadan evə buraxılması mərasimində ailə üzvləri və silahdaşları iştirak edirlər.

Qeyd edək ki, Camal Vidadi oğlu İsmayılov 1984-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medalla təltif edilib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Camal İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Cəbrayılın,Qubadlının, Hadrutun və Laçın dəhlizinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Camal İsmayılov oktyabrın 23-də Laçın dəhlizinin uğrunda gedən döyüşlərdə şəhid olub. Neftçala rayonunda dəfn olunub.