Şəhid İsmayılzadə Tacəddin bu gün torpağa tapşırıldı
Vətən müharibəsi iştirakçısı Tacəddin İsmayılzadə Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub.
Trend xəbər verir ki, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri Tahir Mirkişili, Emin Hacıyev, Müşfiq Məmmədli, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq müraciət edərək, ön cəbhəyə getmək istədiyini bildirib. Kəşfiyyat bölüyündə xidmət edən şəhidimiz Ağdam, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayılzadə Tacəddin Vüqar oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!