Xəbər xətti

Bakıda 54 yaşlı kişinin meyiti evində tapıldı

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Bakıxanov Fərrux Aqşin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.