ÜÇÇİZGİ Türkiyə telekanalında Azərbaycan kültür və tarixini təbliğ edir!

25 Sentyabr, 2020-ci il tarixində Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən hazırlanan “Üççizgi” programı Türkiyənin yerli kanalı olan EsTV-də ilk bölümü ilə yayınlanmağa başladı.

On yeddinci yayınına hazırlaşan “Üççizgi” televiziya programının məqsədi Azərbaycanın tarixini, mədəniyyətini, adət və ənənələrini, görkəmli şəxsiyyətlərini, eyni zamanda, Azərbaycan və Türkiyə arasındakı münasibətləri və bu münasibətlər nəzdində Türk dünyası daxilindəki münasibətləri Türkiyə xalqına çatdırmaq və aşılamaqdır.

“Üççizgi” programı çərçivəsində Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri, görkəmli şair, Azərbaycan himninin yazarı Əhməd Cavad, 18 Oktyabr: Azərbaycan Dövlət Müstəqilliyi gününə həsr olunaraq müstəqillik tarixi, Cənubi Azərbaycan, Azərbaycanın dünyanı

bəzəyən səsi Rəşid Behbudov, qanlı və eyni zamanda şanlı 20 Yanvar hadisələri, Azərbaycan Cümhuriyyətinin əsasını qoyan Məmməd Əmin Rəsulzadə haqqında bölümlər yayınlanmışdır.

Eyni zamanda, 27 sentyabr tarixində başlayan və 8 noyabrda zəfər çalan, xalqa qələbə və birlik ruhunu aşılayan Qarabağ savaşı zamanı “Üççizgi” televiziya programında 4 ayrı bölümə yer verilmişdir. 2 oktyabr, 2020-ci il tarixində Azərbaycandakı son durumlar haqqındakı bir bölüm Eskişehir Azərbaycanlılar Dərnəyinin Başqanı Cavid Aydının iştirakı ilə həyata keçirilmişdir. Bundan başqa, Kahramanmaraş Sütçü İmam Universiteti, Siyasət Bilimi və Beynəlxalq Münasibətlər Fakültəsi Dekanı Prof. Dr. Toğrul İsmayılın iştirakı ilə “İşğaldan Zəfərə Qarabağ Məsələsi”, keçmiş general Yücel Karauzun iştirakı ilə “Türkiyə-Azərbaycan hərbi münasibətləri” və Eskişehir Azərbaycanlılar Dərnəyinin Başqan Yardımcısı Sirac Yaquboğlunun iştirakı ilə “Azərbaycan şeirində Vətən və Qarabağ” mövzularına toxunulmuşdur.

Qeyd edək ki,  Eskişehir Azərbaycanlilar Dərnəyi 2010-cu ildə yaradılmışdır. Əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdirmaq olan dərnək bugünə qədər Azərbaycan tarixini və mədəniyyətini təbliğ edən yüzlərlə layihə həyata keçirmişdir.

Onu da qeyd edək ki, Eskişehir Azerbaycanlılar Derneği Başkanı Uzm. Ecz. Cavid Aydındır!

Həm jurnal həm TV programı haqqında facebookdaki səyfəsindəndə məlumat almaq mümkündür. ( https://www.facebook.com/uccizgidergisi/ )

Ayrıca TV programımızın bütün yayınları youtube üzərində Üç Çizgi adıyla yer almaktadır ( https://youtu.be/eCw1d1cEY_0 ). Dərnəyimizin başqa fəaliyətləriylə əlaqədər Edkişehir Azerbaycanlılar Derneği adlı həm facebook səyfəsində həm youtube kanalından ( https://youtube.com/channel/UC0I08cI3wkvDBZ8HhEkJC1g ) məlumat əldə etmək mümkündür.

Paylaş:

kıbrıs casino - beton365 -
grandbetting
- superbetin girişkıbrıs casino - beton365 -
grandbetting
- superbetin giriş