Daha bir rayonda zəlzələ olub
Şamaxıda zəlzələ olub.Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:12-də Qobustan stansiyasından 31 km cənubda Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,8, dərinliyi 3 km. olub. Yeraltı təkan hiss olunmayıb.
Qeyd edək ki, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində də zəlzələ qeydə alınıb.
Zəlzələnin maqniyudası 4, dərinliyi 3 km. olub. Zəlzələ hiss olunmayıb.