GündəmManşetXəbər xətti

Kamilin medal alması ilə bağlı Səfərbərlik Xidmətindən AÇIQLAMA

Kamil Zeynallı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafat almayıb.

Bu barədə qurumdan bildiriblər. Qeyd olunub ki, yayılan xəbər həqiqətə uyğun deyil:

“Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib”.