Vətəndaşlar mənzil üçün daha 233 milyon manat borca girdi
2017-ci ildə “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaitindən ipoteka kreditləşməsinin həcmi 202,9 milyon manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 184 dəfə çoxdur. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Həmçinin, 2017-ci ilin dekabr ayında agent banklar tərəfindən 30,4 milyon manat məbləğində kredit veriblər, bu da hesabat ili ərzində ən yüksək aylıq göstərici olub.
AMB-nin məlumatına görə, 2017-ci ildə AİF 73,2 milyon manat (artım 3,4 dəfə), həmçinin dekabr ayında – 19,6 milyonmanat məbləğində kreditləri təkrar maliyyələşdirib.
Ötən il AİF 250 milyon manat məbləğində istiqrazları yerləşdirib (2016-cı ildə yerləşdirmə həyata keçirməyib).
2017-ci ildə dövlət büdcəsindən Fond sosial ipoteka üçün 50 milyon manat, həmçinin dekabrda – 5,3 milyon manat vəsait əldə edib.© “İnterfaks-Azərbaycan”