Daha iki xidmət icbari tibbi sığorta zərfinə daxil edilir
İcbari tibbi sığorta zərfinə əlavə olunan yeni xidmətlər əhalinin daha çox ehtiyac duyduğu xəstəliklər üzrə olacaq.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Vüqar Qurbanov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xidmətlər zərfinə kardioloji və neyroloji xidmətlər əlavə edilir. Buraya açıq və qapalı ürək əməliyyatları, invaziv radiologiya xidmətləri daxildir.
V.Qurbanov əlavə edib ki, ötən il agentlik tərəfindən 2500-ə yaxın tibbi xidmət əhatə olunub. Bu sayın 3000-ə qədər artırılması nəzərdə tutulur.
Departament rəsmisi qeyd edib ki, vətəndaşlar xidmətlər zərfinə aid olan xidmətlərin heç birinə görə ödəniş etməyəcək. Bunun üçün vətəndaşların icbari tibbi sığorta haqqı ödəməsi kfayətdir.