Məktəblərdə koronavirusla bağlı vəziyyət açıqlandı
Bakıda müəllim və şagirdlər arasında koronavirusla bağlı vəziyyət açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, keçən müddət ərzində idarənin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1 müəllimdə koronavirus infeksiyası (COVİD-19) aşkar olunub.
2 şagird və 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.