DiasporDünyaFotoManşetXəbər xətti

Tatarıstanda diasporumuzun birliyi güclənir – FOTO

Rusiya Federasiyasının Tatarıstan Respublikasının mərkəz və regionlarında Azərbaycan diasporu fəallaşmaqdadır. Yeni yaradılan Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyi diasporumuzun təşkilatlanmış şəkildə fəaliyyəti və birliyi üçün addımlar atır.

Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyinin rəhbərliyi ölkənin regionlarında fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətini diqqətdə saxlayır. Belə ki, yanvarın 23-də Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev ölkənin Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin ofisində olub. Bəhram Mustafayev “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin fəaliyyəti ilə maraqlanıb. “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov 2012-ci ildən bu yana gördükləri işlər və perspektiv layihələr haqqında məlumat verib Bəhram Mustafayev Leninoqorsk şəhərində diasporumzun aktivliyini müsbət qiymətləndirib. O, Vətən müharibəsi dövründə Leninoqorsk şəhərindəki azərbaycanlıların da həmrəyiliyni və ordumuz üçün maddi və mənəvi dəstəklərini çox yüksək qiymətləndirib. Bəhram Mustafayev “Birlik” təşkilatının gələcək fəaliyyəti ilə bağlı fikir və təkliflərini söyləyərək mərkəz və regionlardakı diaspor təşkilatları ilə əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, həmrəyliyin gücləndirilməsi və yerli qurumlarla əməkdaşlıq edilməsini vurğulayıb. “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov bu diqqətə görə Bəhram Mustafayevə təşəkkür edib və verilən tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyini, diaspor işini daha da aktivləşrdirəcəklərini qeyd edib. Xatırladaq ki, Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyi ötən ilin noyabrında Kazanda təsis olunub. İctimai birliyin məqsədi Tatarıstanda xalqımızın dilini, mədəniyyətini və adət-ənənələrini qoruyub saxlamaq və həmvətənlərimizi birləşdirmək, o cümlədən hakimiyyət orqanları və ictimai təşkilatlarla dialoqun aparılmasıdır. Təşkilatın nizamnaməsinə əsasən, Tatarıstandakı bütün Azərbaycan icmalarının rəhbərləri birbaşa olaraq bu qurumun İdarə Heyətinin tərkibinə daxildir.

Fuad Hüseynzadə