Bakıda 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlandı
Bakıda 65 yaşdan yuxarı vətəndaşların koronavirus infeksiyasına qarşı peyvəndlənməsinə başlanılıb.Səhiyyə Nazirliyinin 2 saylı şəhər poliklinikasının baş həkimi Sevda Aslanova Trend-ə açıqlamasında bildirib ki, səhər saatlarından etibarən poliklinikada vətəndaşların peyvəndlənməsinə start verilib: “Bizim ərazi üzrə 65 yaşdan yuxarı 3 min nəfər qeydiyyata alınıb. Artıq həmin şəxslərdən 10 nəfər peyvəndlənib. Digər vətəndaşların da müraciətləri qəbul edilir. Vətəndaşlar siyahı üzrə məlumatlandırılır və peyvənd üçün dəvət edilir. Könüllü müraciət edənlər də az deyil. Hazırda proses davam edir”.
Baş həkim bildirib ki, 2 saylı poliklinikada 126 tibb işçisinin pevəndlənməsi başa çatıb: “Tibb işçiləri arasında analıq məzuniyyətində olanlar və COVID-19-a yoluxan şəxslər isə peyvəndlənməyib”.