Azərbaycanda suyun qiyməti 2 dəfə bahalaşdı
Yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Aktor.Az xəbər verir ki iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Belə ki, iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, indiyədək suyun qiyməti əhali üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kub metr üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 1 kub metr üçün 30 qəpik, qeyri-əhali üçün 1 manat idi. Tullantı sularının axıdılması qiymətləri əhali üçün 1 kub metrə 15 qəpik, qeyri-əhali üçün 1 manat idi.