Polşada koronavirus dərmanı oğurlandı
Polşanın Varmiya-Mazuriya əyalətinin İlovo Osada qəsəbəsindəki özəl xəstəxanadan ötən gecə COVID-19-a qarşı peyvənd dərmanı oğurlanıb.“Report” “RMF.FM”ə istinadən xəbər verir ki, yoxa çıxan dərman 15 nəfərin peyvəndi üçün kifayət edir.
Bu hadisə koronavirus dərmanının ilk dəfə oğurlanması faktı kimi maraq doğurur.