GündəmManşetSiyasətXəbər xətti

Paşinyanın arvadının bu görüntüləri erməniləri hiddətləndirdi – FOTO

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının yayılan yeni fotosu Ermənistanda tənqid edilib.

Yeniavaz.com xəbər verir ki, Anna Akopyan müharibədə öldürülmüş ermənilərin ailələrini ziyarət edərkən etdiyi bəzi hərəkətlər Ermənistan cəmiyyəti arasında qıcığa səbəb olub. Erməni bloger Vaqram Petrosyan Akopyanın bəhs edilən fotosunu “facebook” səhifəsində bu sözlərlə paylaşıb:

“Bu sifətə baxın, paltosuna, saç düzümünə, yaxasındakı nişana, geyiminə baxın… Moskvada bir həftəlik “əyləncə”dən sonra müharibədə ölən şəxsin ailəsini gülüşlərlə ziyarət edir. Sanki, “nə etmişiksə yaxşı etmişik”-deyir.

Qeyd edək ki, sosial şəbəkədə Akopyana qarşı çox sayda erməni sərt tənqidlər ünvanlayıb.