ADY işə qəbul prosesini tamamilə məsafəli rejimə keçirib
Bu həll ölkəmizin istənilən yerindən namizədlərin iş elanlarına evdən
çıxmadan müraciətinə və növbəti mərhələlərdə onlayn rejimdə iştirakınageniş imkanlar yaradır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) işə qəbul prosesini tamamilə məsafədən
rejimə keçirib. Namizədlər arasında aparılan müsabiqənin hər üç mərhələsi –
ilkin seçim, testləşdirmə və müsahibə – məsafədən həyata keçirilir.
ADY-də işə qəbul prosesinin daha da şəffaflaşdırılması və optimallaşdırılması,
namizədlərin daha rahat şəkildə vakansiyalara müraciət etməsi və müsabiqədə
iştirak etməsi məqsədilə şəxsi kabinet, minlərlə test sualından ibarət baza və
stasionar elektron test mərkəzi, daha sonra isə mobil elektron test sistemi
istifadəyə verilib. Bu stasionar test mərkəzi və mobil test sistemi sayəsində Bakı
və ətraf bölgələrlə yanaşı ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da
paytaxta gəlmədən işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edə bilirlər.
Bu mərhələni uğurla keçən namizədlər müsahibələrdə də onlayn şəkildə iştirak
edə bilirlər.
ADY-nin rəsmi saytının “Karyera” bölməsində (career.ady.az) işə qəbul prosesi
haqqında bütün məlumatları əldə etmək, cari vakansiyalarla tanış olmaq və
onlara müraciət edib müsabiqədə iştirak etmək mümkündür.
ADY-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov məsələni şərh edərək
qeyd etdi: “Azərbaycan Dəmir Yolları” QSC-nin digər sahələrində olduğu kimi
insan resursları idarəçiliyi sahəsində də davamlı islahatlar aparılır. İnsan
resursları idarəsi ADY-nin digər strukturları kimi karantin dövründə öz fəaliyyətini
mövcud vəziyyətin tələblərinə uyğunlaşdırmaqla məsafədən işləmə rejiminə
üstünlük verərək, daxili işlərlə yanaşı namizədlərlə və işçilərlə olan əlaqələri də
elektron və onlayn qaydada tənzimləməkdədir. ADY-də işə qəbul prosesi ilə
yanaşı digər insan resursları idarəçiliyi funksiyalarının da onlayn tətbiqinə
başlanılmış və uğurla davam etdirilməkdədir. Məsələn, işçilərin sahə üzrə
biliklərinin qiymətləndirilməsi, təlimlərin təşkili prosesləri də onlayn şəkildə icra
edilməkdədir”.
İşə qəbul sahəsində başlıca məqsəd gələcək karyerasını “Azərbaycan Dəmir
Yolları” QSC-də qurmaq istəyən namizədlərə bilik və bacarıqlarını nümayiş
etdirmələri üçün bərabər şərait yaratmaq, müsabiqələrdə şəffaflığı, aşkarlığı və
obyektivliyi təmin etməkdir. ADY vətəndaşların Cəmiyyətin əməkdaşı olmaq
arzusunu yüksək qiymətləndirir və bu yolda onlara uğurlar arzu edir.