GündəmManşetSağlıqXəbər xətti

Koronavirusa yoluxan şəxslər peyvənd ediləcəkmi? – TƏBİB

TƏBİB COVİD-19 virusuna yoluxaraq sağalmış şəxslərin peyvənd olunub-olunmayacağına aydınlıq gətirib.TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir:

“Son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslər “E-TƏBİB” sistemində bloklanmış halda olacaq. Lakin 6 aydan sonra (tibbi cəhətdən qandakı anticismlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər”.