Vaksin bu şəxslərə vurulmaya bilər – RƏSMİ
COVİD-19 virusuna qarşı kimlərə vaksinin vurulmayacağı açıqlanıb.TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən, 18 yaşa qədər şəxslərə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir, çünki bu istiqamətdə hələ tədqiqat aparılmayıb:
“Vaksindən sonra mümkün ola biləcək – baş ağrısı, əzələ ağrısı, qızdırma və s.kimi əlamətlər isə əks-göstəriş deyil. Bu əlamətlər əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir”.