Lavrovdan təxribat xarakterli açıqlama – VİDEO
Rusiya xarici işlər naziri Sergey Lavrov ənənəvi brifinqində Qarabağ məsələsinə toxunub.
Aktor.Az xəbər verir ki, nazir azərbaycanlı jurnalistin sualını cavablandırarkən bəzi xoşagəlməz fikirlər səsləndirib.Jurnalistin “Nə üçün rus sülhməramlıları Ermənistan xarici işlər naziri və digər rəsmi şəxslərin Qarabağa girişinə icazə verir” sualına cavabı diqqət çəkib:
“Ermənistanla Qarabağ arasında illiərdi səfərlər olur, münasibətlər mövcuddur və belə də davam etməlidir. Rəsmi şəxslərə gəlincə, axı, onlar humanitar missiya həyata keçirirlər.Bəli, yaxşı olar ki, onlar siyasi bəyanatlar səsləndirməsinlər!”