ManşetMediaXəbər xətti

Vüqar Səfərli jurnalistlərin pulunu oğurlayıb – Cəmil Həsənli

Görün ölkədə necə “əmin-amanlıq” olub ki, adam juranlistlər üçün inşa edilən binadan və KİV-ə Dövlət Dəstəyi Fondundan 6 milyon manata qədər pul oğurlayıb. Demokrat.az xəbər verir ki, bunu Milli Şuranın sədri Cəmil Həsənli bildirib.

“Amma insafən Vüqar müəllim bir çox alaşa məmurlardan fərqli olaraq oğurladığı pulları döşək altında saxlayıb və ya xaricə qaçırıb ölkəyə ziyan vurmayıb, kəmali-ehtiramla, “açıq alınla”,  qorxusuz-ürküsüz mətbuatdan daldaladığı oğurluq paraları ölkənin kommersiya banklarında  milli və xarici valyuta hesablarına yatırıb həm özü faiz əldə edib, həm də vətənimizin “tərəqqisinə” töhfə verib. Vallah qurd ürəyi yeyibmiş YAP-ın Nərimanov rayon şöbəsinin sədr müavini Vüqar Səfərli. Korrupsiyaya qarşı mücadilə yapmalı olan mətbuatın, jurnalistlərin pulun oğurlayıb. Dördüncü hakimiyyəti yolsuzluqdan kənar qoymayıb”, deyə Cəmil Həsənli vurğulayıb.