Şuşa istiqamətində ağır yol qəzası: Bir hərbçi həlak oldu, iki hərbçi yaralandı

Şuşa istiqamətində hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Paylaş:

kıbrıs casino - beton365 -
grandbetting
- superbetin giriş