SiyasətXəbər xətti

Qarabağın dirçəlişi sözdən əmələ keçir

Cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan “Qarabağ Dirçəliş Fondu” sözün əsl mənasında Qarabağın dirçəliş tarixində xüsusi yer alacaqdır. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, onun qorunması qədər, işğaldan azad olunmuş ərazilərin dirçəlməsi də eyni dərəcədə əhəmiyyətə malikdir. “Qarabağ Dirçəliş Fondu”nun qurulması ilə icra ediləcək işlər bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması ilə yanaşı əzəli torpaqlarımızda yenidən həyatın canlanması, təhlükəsiz və dayanıqlıq fəaliyyətin təmin edilməsi, həmçinin ölkəmizin rifahında öz yerini tutmasına gətirib çıxaracaqdır.

Sözsüz ki, fondun fəaliyyətinin təmin edilməsinin əsas məqsədi məhz azad olunmuş ərazilərdə yaşayış və fəaliyyət üçün əlverişli, xüsusən də təhlükəsiz şəraitin yaradılmasıdır. Təhlükəsiz yaşayış şəraitində baş tutacaq faydalı fəaliyyət isə öz növbəsində ölkəmizin dayanıqlı inkişafında yer alacaqdır. Biz bir məsələyə tam əmin ola bilərik – fondun yaradılması ilə artıq Qarabağın dirçəlişi prosesi sözdən əmələ keçir. Düşünürəm ki, bu birliklə Fondun fəaliyyəti çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızda abadlıq, quruculuq, təhsil, idman, iqtisadiyyat, sosial təminat, kənd təsərrüfatı – ümumilikdə hər bir sahə qısa zamanda dirçələcəkdir.

 

Şahin Seyidzadə
Milli Məclisin deputatı