“Ayıq sürücü” və DYP əlbir işləyirlər – VİDEO
Bakıda bəzi “Ayıq sürücü” xidməti göstərən şirkətlər Dövlət Yol Polisi əməkdaşları ilə əlbir olub sürücülərə qarşı hiylə işlədirlər.Bu barədə Oxu.Az-a xidmətdən istifadə edən sürücülərdən məlumat daxil olub.
Onlar iddia edirlər ki, vətəndaşlar sərxoş olan zamanı “Ayıq sürücü” xidmətindən istifadə edirlər. Xidmət göstərən sürücünü yol polisi izləyir. “Ayıq sürücü” avtomobili sahibi ilə birgə yaşadığı əraziyə aparır. Daha sonra qeyd edir ki, avtomobili yalnız məhəlləyə qədər aparmaq mənim borcumdur, parkinqi özünüz edin, yaxud “tələsirəm” deyərək ərazidən uzaqlaşır.
Bu mənzərəni DYP əməkdaşı izləyir. Ayıq sürücü ərazidən uzaqlaşandan sonra sürücü avtomobilə əyləşir, bu zaman yol polisi ona yaxınlaşır. Sərxoş olub-olmamasını müəyyənləşdirir. Nəticədə sürücü sərt cəzalandırılır.
Oxşar hadisəni qeydə alaraq redaksiyamıza yollayıblar.
Kadrlara baxanda məlum olur ki, yol-patrul xidmətinin əməkdaşları məhəllədə avtomobili izləyirlər, hətta onlar gözə çarpmamaq üçün avtomobilin işıqlarını yandırmırlar. Ayıq sürücü maşını tərk edəndən sonra polis avtomobili hadisə yerinə gəlir.