SDU-da “Tükənən Nəfəsdən Başlayan Vətən” adlı tədbirdə şəhid ailələri və qazi ilə görüş keçirildi
Yanvarın 7-də SDU –nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə gəncləri maarifləndirmək, onlarda vətənpərvərlik ruhunu daha da artırmaq məqsədi ilə “Tükənən Nəfəsdən Başlayan Vətən” adlı ZOOM platforması üzərindən tədbir keçirildi.
700-dən çox müəllim və tələbə iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir bədii hissə ilə başladı. Tədbirin aparıcıları – Filologiya fakültəsinin tələbələri Natəvan Rüstəmova və Nəzrin Tağızadə iştirakçıları salamladı və Vətən müharibəsinin tarixindən bəhs etdilər. İfası ilə hər kəsi kövrəldən şəhid Xudayar Yusifzadənin “Vətən yaxşıdır” yarımçıq qalan ifası tələbələrimiz – İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi Alı Alıyev, Filologiya fakültəsinin II kurs Aytac Heydərova tərəfindən tamamlandı. Tələbələrimiz “ Qarabağ Azərbaycandır!” ifadəsini 6 dildə səsləndirdilər.
Həmçinin Prezident cənab İlham Əliyevin İşğal olunmuş torpaqların azad edilməsi ilə bağlı xalqa müraciəti videoçarx vasitəsi ilə nümayiş olundu.
Sonra tələbələrin işğaldan azad edilmiş torpaqların adından çıxışları oldu və onların ifasında “ Qarabağ şikəstəsi” səsləndirildi.
Tədbirin rəsmi hissəsində universitetin Tarix və coğrafiya fakültəsinin dosenti,YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr muavini Elmar Xəlilov çıxış edərək iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibəti ilə təbrik etdi, işğal altında olan torpaqlarımızın azad edilməsinə görə Azərbaycan xalqının Ordumuzun əsgər və zabitlərinə dərin minnətdarlıq hissi duyduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayanda məhz özünün son 17 ildə yaradılan güclü iqtisadiyyatına, güclü ordusuna güvənirdi. Beləliklə də Azərbaycan xalqı özünün keşməkeşli tarixinin daha bir şanlı səhifəsini yazdı. Qarabağın tacı olan Şuşamız öz tarixi sahibinə qayıtdı. Bir daha sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Prezident İlham Əliyevin 27 sentyabr səhərində atdığı ilk addımlar – hərbi vəziyyət elan edilməsi haqqında fərman, xalqa müraciəti, Təhlükəsizlik Şurasının iclasını keçirməsi və oradakı çıxışının vətəndaşlarımıza çatdırılması hər kəsin içərisində bir ümid çırağı yandırdı, insanlarımızı bütün ölkə boyu böyükdən kiçiyə daxilən səfərbər etdi. Dəqiqələr ərzində Azərbaycan bir yumruğa çevrildi. Dosent Elmar Xəlilov xüsusilə Vətən müharibəsində qazandığımız qələbənin igid oğullarımızın, qazilərimizin, şəhidlərimizin qəhrəmanlığı, böyük səbrin və müdrik siyasətin sayəsində olduğunu vurğuladı. Qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti Vətən müharibəsində iştirak edən hər bir tələbə və məzunu ilə qürur duyur.
Sonra tədbirdə düşməni öz əlləri ilə boğaraq, General Polad Həşimovun qisasını alan, Bütün Sumqayıtın və Azərbaycanın Fəxri Şəhidimiz Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə, Sumqayıt Dövlət Universitetini məzun Şəhidi Ətraf Qənimətovun bacısı Teyyubə Qənimətov (Teyyubə xanım SDU tələbəsidir), Can qurtaran qəhrəman həkimimiz Turqut Xəlilbəylinin uşaqlıq dostu, qohumu – Pərviz Məmmədzadə, Şuşanın alınması uğrunda gedən döyüşlərdə yaralanan qazi Necməddin Mehdiyev çıxış edərək görüşdən məmnunluğunu ifadə etdilər. Onlar Azərbaycan igidlərinin necə qəhrəmancasına vuruşduğunu və ordumuzun bu şücaətinin heç bir zaman Azərbaycan xalqının xatirəsindən silinməyəcəyini söylədilər.Qeyd etdilər ki, hərbi əməliyyatların başlandığı ilk gündən Azərbaycan vətəndaşları Ali Baş Komandanın ətrafında sıx birləşdi və Prezident-xalq-ordu birliyi qələbəmizin təməlini qoydu.
Tədbirdə qeyd olundu ki,Vətənin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.