Artıq çəki ilə COVID-19 arasında əlaqə müəyyən edilib
Artıq çəki insanlarda koronavirus infeksiyasına qarşı orqanizmdə antikor reaksiyasının yaranması prosesini ləngidir.
“İkisahil” “dailysabah.com” saytına istinadən xəbər verir ki, tədqiqatçılar bədən çəkisi indeksi ilə xəstəliyin simptomları çıxdıqdan 7-10 gün sonra yaranmağa başlayan İgG antitellərinin sayı arasında əlaqənin olduğunu tapıblar. Çəki indeksi artdıqca antitellərin sayı azalır.
Tədqiqatçıların “medRxiv” onlayn tibb platformasında qeyd edilir ki, artıq çəki özlüyündə iltihaba və immun sisteminin pozulmasına səbəb olan amillərdən biridir. Onlar aşkar ediblər ki, artıq çəkili COVID-19 xəstələrində antitel səviyyəsinin aşağı olması yüksək ağciyər iltihabı və qanda iltihabi proteinlərlə əlaqəlidir.
Aparılan tədqiqatlar həkimlərin hansı xəstələrin virusun təsirinə daha həssas olduğunu, onlarda hansı səviyyədə antikor reaksiyası baş verəcəyini müəyyənləşdirməsinə və nəticədə bu xəstələrin immunitetini gücləndirən müalicələrə yönəltməsinə şərait yaradacaq