Tərtər Xəstəxanasının direktoru virusdan dünyasını dəyişdi
“Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru dünyasını dəyişib.Trend-in məlumatına görə, Hüseynov Yaşayar Hüseyn oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Y.Hüseynov 10 ilə yaxındır ki, rayon mərkəzi xəstəxanasına rəhbərlik edirdi. Məlumata görə, direktor bir müddət əvvəl koronavirus infeksiyasına yoluxubmuş.