Regional əməkdaşlıq və yeni tarixi hədəflər
Ali Baş Komandan Ilham Əliyvin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. İlk növbədə qonşu dövlətlərlə münasibətlərin prioritet istiqamət kimi müəyə edilməsi və bu istiqamətdə atılmış real addımlar müharibədə qələbəmizin təminatı üçün münbit şərait yaratmış oldu. Nəticədə Azərbaycan və Ermənistanın ənənəvi müttəfiqlərə malik olması ilə bağlı konsepsiyanın köhnəldiyi və yararsızlığı sübut olundu. Azərbaycan dövləti qonşularla iqtisadi və siyasi maraqların harmoniyasının unikal modelini ortaya qoya bildi. Qonşu dövlətlərlə prioritet ikitərəfli münasibətlərin fəal üçtərəfli əməkdaşlığa transformasiyası baş verdi. Bununla da üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə,Azərbaycan-İran-Türkiyə,Azərbaycan-Rusiya-İran platformaları formalaşdı və təmsilçiləri olduqların dövlətlərin və xalqların mənafeyinə xidmət etməyə başladı. Artıq postmüharibə dövrünün yeni reallıqları fonunda Prezident İlham Əliyev beştərəfli və hətta Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlılq platformalarının yaradaılmasının mümkünlüyü ideyasını irəli sürmüşdür. Əlbəttə, konstruktiv davranışı və sağlam məntiqə söykənən addımları kontekstində Ermənistanın da Azərbaycanın təşəbbüskarı olduğu və uğurla həyata keçirdiyi regional və qlobal layihələrdə iştirakı məsələsi müsbət həll oluna bilər. Hələ ki, Ermənistan rəhbərliyi regional əməkdaşlığa inteqrasiya baxımından konkret təşəbbüslər irəli sürmür. Bu ölkənin müxalif siyasi dairələri isə revanşizm xülyası ilə yaşayırlar. Bu davranış tərzi iRusiya Prezidenti Vladimir Putinin təbirincə desək, “özünüintihara bərabər bir addım olar”.
Prezident İlham Əliyevin 1 yanvar 2021-ci il tarixli müraciətində qeyd edildiyi kimi, “Ermənistanın hər hansı ölkələrlə bu formatı varmı? Yoxdur. Bu, bizim siyasətimizin düzgün olmasının bariz nümunəsidir. Biz Ermənistanı onların uzun illər saydıqları dayaq nöqtələrindən məhrum etdik. Çünki siyasətimizi düzgün qurmuşuq. Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir.”
Bu, bir həqiqətdir ki, məhz Prezident İlham Əliyevin mətin iradəsi sayəsində müxtəlif beynəlxalq dairələrin Azərbaycanı ayri-ayrı ölkələrə, xüsusilə də qonşu dövlətlər əleyhinə avantüra və təxribatlara cəlb etmək kimi planları iflasa uğramışdır.
Onlardan birinə qədirbilən oxucularımızın diqqətini cəlb etmək istəyirəm.
2006-cı ilin aprel ayında Prezident İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri olmuşdur. Bu səfər ABŞ-İran qarşıdurmasının ən mürəkkəb dövrünə təsadüf etmişdi. Hətta bəzi beynəlxalq kütləvi informasiya vasitələri naməlum “etibarlı mənbələr”ə istinadən Vaşinqton-Tehran konfrantasiyasının şiddət əmsalını göstərmək üçün müharibənin başlayacağı gün və hətta saatı belə göstərməkdən çekinmirdilər. Bu konteksdə, xüsusən də Azərbaycanın İranın qonşusu olması reallığı fonunda Prezident İlham Əliyevin Vaşinqtona rəsmi səfərinə böyük maraq var idi. Belə ehtimallar irəli sürülürdü ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları labüddür və bu halda Azərbaycanın öz ərazisini İran əleyhinə müharibəyə başlamaq üçün strateji tərəfdaşı olan ABŞ-ın istifadəsinə verməsi məsələsi ətrafında Ag evdə ciddi müzakirələr olacaq və rəsmi Bakıya agır təzyiqlər göstəriləcək. Ehtimalar özünü döğrultdu. İki dövlətin siyasi liderləri arasında aparılan danışıqların nəticələri haqqında Prezident İlham Əliyev Ağ evin qarşısında mətbuat üçün keçirdiyi brifinqdə ətraflı məlumat verdi və bildirdi ki, heç bir üçüncü dövlətin və ya dövlətlərin Azərbaycan ərazisindən istıfadə etməklə qonşu dövlət və ya dövlətlərə qarşı hərbi əməliyyatlara başlamasına icazə verməyəcəyik. Bu, qeyri-mümkün addımdır. Beləliklə, Prezident İlham Əliyev həm ABŞ rəhbərliyinə, eləcə də dünyanın aparıcı dövlət liderlərinə ölkəsinin son dərəcə prinsipial və qətiyyətli mövqeyini çatdırmiş oldu. Əslində dünyanın fövqəldövləti qarşısında bu misilsiz cəsarət, İran dövləti və xalqı qarşısında isə tarixi dostluq və qardaşlıq nümunəsi idi. Kim bilir, bəlkə də anoloji vəziyyətdə başqa bir dövlətin lideri acizlik, zəiflik və qətiyyətsizlik nümayş etdirməlkə regionu fəlakətə sürükləyən bir addıma imza atmış olardı. Tarixdə belə nümunələr kifayət qədər vardır.
Həmin vaxtdan təxminən 15 il ötsə də, ABŞ-ın İrana hərbi müdaxiləsi baş tutmamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin həmin tarixi sınaq anında ABŞ-ın bütün təzyiqlərinə rəğmən, qonşu İran dövləti və xalqının yanında olması faktı və bu gün də həmin siyasətə sadiqlik nümayiş etdirməsi rəsmi Bakı-Tehran strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərini formalaşdıran həlledici amillərdir. Necə deyərlər, “yaxşı dost pis gündə tanınar”. Eyni məntiqlə də İran dövləti 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın haqq işini müdafə etdi. Öz quru və hava sərhədlərini təcavüzkar Ermənistan dövlətinin üzünə bağladı. Azərbaycanın ərazi bütüövlüyünü müdafiə edən sülh təşəbbüsləri ilə çıxış etdi. Azərbaycan-İran dövlət sərhəddinin sülh sərhəddinə çevrilməsinə təkan verən mövqe ortaya qoydu. Bütün bu addımlar nəticə etibarilə Ermənistanın ənənəvi müttəfiqləri ilə bağlı qondarma “konsepsiyası”nın darmadağın edilməsinə səbəb oldu.
Bir sözlə, Ali Baş Komandan İlham Əliyev əslində bütün bu tarixi Zəfərə imza atmaqla üçqat qəhrəman olduğunu isbatladı. Birincisi, şanlı ordusu ilə hərbi cəbhədə qalibiyyət tarixi yazdı. Düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. İkincisi, diplomatik cəbhədə düşmənə sarsıdıcı zərbə endirdi. Nəticədə düşmənin bu cəhbədə də ağ bayrağı qaldırmaqdan başqa çarəsi qalmadı. Üçnncüsü, informasiya cəhhəsində düşmənin dezinformasiya maşınını sıradan şıxartdı. Bu isə öz növbəsində psixoloji, ideoloji və ictimai şüur cəbhələrində də Azərbaycanın haqq işinə beynəlxalq loyal münasibəti şərtləndirdi.
Postmüharibə dövrü Azərbaycanın yeni tarixi hədəflərini müəyən edir. Dövlət başçısının qeyd etdiyi kimi, “Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”
Dövlət başçısı ilk növbədə işğaldan azad olunan ərazilərimizin bərpası və yenidənqurulması məsələsini strateji vəzifə olaraq müəyən etmişdir. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdır. Eyni zamanda Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qrabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılmşdır.
Qarabağımızı Ali Baş Komandanımızın rəhbərliyi altında bir millət olaraq azad etdik. İndi də, gəlin birlikdə onu dərçəldəyin. Hər birimiz bu prosesə fəal qoşulub, tohfəmizi verəyin. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Elman Nəsirov,
Milli Məclisin deputatı